Surə 22 · Cüz 17
Al-Hajj · 22:40
الَّذِينَ أُخْرِجُوا مِنْ دِيَارِهِمْ بِغَيْرِ حَقٍّ إِلَّا أَنْ يَقُولُوا رَبُّنَا اللَّهُ ۗ وَلَوْلَا دَفْعُ اللَّهِ النَّاسَ بَعْضَهُمْ بِبَعْضٍ لَهُدِّمَتْ صَوَامِعُ وَبِيَعٌ وَصَلَوَاتٌ وَمَسَاجِدُ يُذْكَرُ فِيهَا اسْمُ اللَّهِ كَثِيرًا ۗ وَلَيَنْصُرَنَّ اللَّهُ مَنْ يَنْصُرُهُ ۗ إِنَّ اللَّهَ لَقَوِيٌّ عَزِيزٌ
40. Onlar ancaq “Rəbbimiz Allahdır”– dediklərinə görə haqsız yerə yurdlarından çıxarıldılar. Əgər Allah insanların bəzilərini digərləri ilə dəf etməsəydi, içərisində Allahın adı çox zikr olunan hücrələr, kilsələr, sinaqoqlar və məscidlər dağılıb gedərdi. Allah Ona yardım edənlərə, mütləq yardım edər. Şübhəsiz ki, Allah Qüvvətlidir, Qüdrətlidir.
Təfsir
Onlar: "Rəbbimiz Allahdır, bizim Ondan başqa bir Rəbbimiz yoxdur" – dediklərinə görə, günahsız yerə, kafirlər tərəfindən öz yurdlarından çıxarıldılar. Əgər Uca Allah peyğəmbərlərə və möminlərə, kafirlərə qarşı döyüşməyə izin verməsəydi, bu zaman o kafirlər ibadətgahları, rahiblərin məbədlərini, nəsranilərin kilsələrini, yəhudilərin ibadət etdikləri yerləri və müsəlmanların namaz üçün hazırlayıb içində Uca Allahı çox andıqları məscidləri dağıldıb, yerlə yeksan edərdilər. Şübhəsiz ki, Uca Allah Öz dininə və peyğəmbərinə yardım edənlərə, mütləq yardım edər. Həqiqətən, uca Allah Öz dininə yardım edənlərə yardım etməyə qadirdir. O, Öz mülkündə qüc-qüvvət sahibidir, kimsə Ona qələbə çala bilməz.