Surə 22 · Cüz 17
Al-Hajj · 22:39
أُذِنَ لِلَّذِينَ يُقَاتَلُونَ بِأَنَّهُمْ ظُلِمُوا ۚ وَإِنَّ اللَّهَ عَلَىٰ نَصْرِهِمْ لَقَدِيرٌ
39. Kafirlərin vuruşa başladığı insanlara, o kafirlərlə vuruşmağa icazə verilmişdir. Çünki onlar zülmə məruz qalmışlar. Şübhəsiz ki, Allah onlara kömək etməyə qadirdir.
Təfsir
Uca Allah, düşmənləri tərəfindən zülümə məruz qalmış möminlərə, Allah yolunda müşriklərlə vuruşmağa icazə verir. Şübhəsiz ki, Allah, döyüşsüz də, möminlərə düşmənləri üzərində qələbə nəsib etməyə qadirdir. Lakin Allah Öz hikməti ilə möminləri düşmənlərlə vuruşaraq sınağa çəkməyi istəmişdir.