Surə 22 · Cüz 17
Al-Hajj · 22:38
۞ إِنَّ اللَّهَ يُدَافِعُ عَنِ الَّذِينَ آمَنُوا ۗ إِنَّ اللَّهَ لَا يُحِبُّ كُلَّ خَوَّانٍ كَفُورٍ
38. Şübhəsiz ki, Allah iman gətirənləri mühafizə edir. Həqiqətən, Allah heç bir nankor xaini sevmir.
Təfsir
Həqiqətən, uca Allah, Ona iman gətirənləri düşmənlərinin şərindən mühafizə edir. Şübhəsiz ki, Allah, əmanətinə xəyanət edən xaini, Allahın nemətlərinə qarşı nankorluq edib və bunlara görə Uca Allaha şükür etməyəni sevmir. Əksinə, O, belə kimsələrə qəzəblənir.