Surə 22 · Cüz 17

Al-Hajj · 22:37

لَنْ يَنَالَ اللَّهَ لُحُومُهَا وَلَا دِمَاؤُهَا وَلَٰكِنْ يَنَالُهُ التَّقْوَىٰ مِنْكُمْ ۚ كَذَٰلِكَ سَخَّرَهَا لَكُمْ لِتُكَبِّرُوا اللَّهَ عَلَىٰ مَا هَدَاكُمْ ۗ وَبَشِّرِ الْمُحْسِنِينَ

37. Onların nə əti, nə də qa­nı, Allaha çatmaz. Ona yal­nız sizin təq­va­nız ça­tar. Sizi doğru yola yönəlt­di­yinə görə Onu uca tu­ta­sı­nız deyə, bu hey­vanları si­zə beləcə ram etdi. Sən yaxşılıq edənləri müj­dələ!

Təfsir

Kəsdiyiniz qurbanların ətləri və qanları Allaha çatmaz. Lakin Allaha yaxınlaşmaq məqsədi ilə Onun əmrinə tabe olub bu heyvanlardan kəsdiyinizə görə itaətinizdəki təq­va­nız Uca Allaha ça­tar. Uca Allah sizi haqqa yönəlt­di­yinə görə Onu uca tu­tub, Onun şəninə təkbirlər (Allahu-Əkbər) gətirəsiniz deyə, bu hey­vanları si­zə beləcə ram etdi. Ey Peyğəmbər! Rəbbinə ibadətində və insanlarla xoş müamilədə olan kimsələri onları sevindirəcək şeylərlə müj­dələ!

Oxuyucuda aç - Surəni tam oxu