Surə 22 · Cüz 17
Al-Hajj · 22:36
وَالْبُدْنَ جَعَلْنَاهَا لَكُمْ مِنْ شَعَائِرِ اللَّهِ لَكُمْ فِيهَا خَيْرٌ ۖ فَاذْكُرُوا اسْمَ اللَّهِ عَلَيْهَا صَوَافَّ ۖ فَإِذَا وَجَبَتْ جُنُوبُهَا فَكُلُوا مِنْهَا وَأَطْعِمُوا الْقَانِعَ وَالْمُعْتَرَّ ۚ كَذَٰلِكَ سَخَّرْنَاهَا لَكُمْ لَعَلَّكُمْ تَشْكُرُونَ
36. Biz qurbanlıq dəvələri də sizin üçün Allahın dininin ayinlərindən etdik. Onlarda sizin üçün xeyir vardır. Onları səf-səf düzülmüş halda kəsərkən Allahın adını çəkin. Böyrü üstə yıxıldıqları zaman onlardan özünüz də yeyin, aza qane olan kasıba və dilənçiyə də yedirdin. Qurbanlıq heyvanları sizə beləcə ram etdik ki, bəlkə şükür edəsiniz.
Təfsir
Məscidulharama qurbanlıq olaraq göndərdiyiniz dəvə və inəyi də sizin üçün dinin ayinlərindən və əlamətlərindən biri etdik. Bu heyvanlarda sizin üçün dini və dünyəvi mənfəətlər vardır. Dəvənin qaçmaması üçün iki əlindən birini bağlı, ayaq üstə durmuş vəziyyətdə kəsmək istədiyinizdə Bismilləh deyin. Ey qurban kəsən kimsələr! Kəsdikdən sonra heyvan böyrü üstə yıxıldıqları zaman onlardan özünüz də yeyin, istəməkdən çəkinən fəqirə və ondan özünə verilməsini istəyən kasıba və dilənçiyə də verin. Bu heyvanlara minməyi və onlar üzərində ağır yüklərinizi daşımağı sizə ram etdiyimiz kimi, onları Allah üçün kəsmək istədiyiniz yerə aparmanızı da sizə asanlaşdırdıq ki, bəlkə Uca Allah bu heyvanları sizin ixtiyarınıza buraxdığına görə Ona şükür edəsiniz!