Surə 22 · Cüz 17
Al-Hajj · 22:41
الَّذِينَ إِنْ مَكَّنَّاهُمْ فِي الْأَرْضِ أَقَامُوا الصَّلَاةَ وَآتَوُا الزَّكَاةَ وَأَمَرُوا بِالْمَعْرُوفِ وَنَهَوْا عَنِ الْمُنْكَرِ ۗ وَلِلَّهِ عَاقِبَةُ الْأُمُورِ
41. Əgər onlara yer üzündə hökmranlıq versək, onlar namaz qılar, zəkat verər, yaxşı işlər görməyi əmr edib, pis işlər görməyi qadağan edərlər. Bütün işlərin aqibəti Allaha aiddir.
Təfsir
Uca Allahın onlara yardım edəcəyinə dair vəd verdiyi bu kimsələrə yer üzündə düşmənlərinə qarşı onlara zəfər nəsib edilib, hökmranlıq verildikdə, namazı vaxtı-vaxtında, kamil bir şəkildə əda edər, mallarının zəkatını verər, insanlara dinin əmr etdiyini əmr edib, qadağa etdiyini də qadağan edərlər. Bütün işlərin savab və cəza olaraq qarşılığı yalnız Allaha aiddir.