Surə 22 · Cüz 17
Al-Hajj · 22:12
يَدْعُو مِنْ دُونِ اللَّهِ مَا لَا يَضُرُّهُ وَمَا لَا يَنْفَعُهُ ۚ ذَٰلِكَ هُوَ الضَّلَالُ الْبَعِيدُ
12. O, Allahı tərk edərək özünə nə zərər, nə də xeyir verə bilməyənə yalvarır. Dərin azğınlıq da elə budur.
Təfsir
O, Allahı tərk edərək, asi olduqda özünə nə zərər verə bilməyən, nə də ki, ona itaət etdikdə özünə bir xeyir verə bilməyən bütlərə yalvarıb-yaxarar. Bütlərə edilən dualar nə fayda verər, nə də ki, bir zərər. Haqqdan açıq-aydın azmaq da elə budur!