Surə 22 · Cüz 17
Al-Hajj · 22:11
وَمِنَ النَّاسِ مَنْ يَعْبُدُ اللَّهَ عَلَىٰ حَرْفٍ ۖ فَإِنْ أَصَابَهُ خَيْرٌ اطْمَأَنَّ بِهِ ۖ وَإِنْ أَصَابَتْهُ فِتْنَةٌ انْقَلَبَ عَلَىٰ وَجْهِهِ خَسِرَ الدُّنْيَا وَالْآخِرَةَ ۚ ذَٰلِكَ هُوَ الْخُسْرَانُ الْمُبِينُ
11. İnsanlardan eləsi də var ki, Allaha şübhə ilə ibadət edir. Əgər ona bir xeyir çatsa, onunla rahatlıq tapar. Yox, əgər başına bir iş gəlsə, üz döndərib küfrə qayıdar. O adam dünyanı da itirər, axirəti də. Gerçək zərər də elə budur.
Təfsir
İnsanlardan səksəkə içində olub, Uca Allaha şəkk-şübhə ilə ibadət edənlər də vardır. Əgər özlərinə sağlamlıq və ya zənginlik kimi bir xeyir bəxş edilərsə, imandan möhkəm yapışıb, Allaha ibadətində davamlı olar. Əgər başına xəstəlik və ya fəqirlik kimi bir müsibət gəlsə, dininə qarşı bədbinlik edər və dindən üz döndərib yenidən küfrə qayıdar. Belə kimsə dünyasını ziyana uğratmış kimsədir. Çünki onun Allaha küfr edib, dindən dönməsi onun üçün əvvəlcədən yazılmız dünya payından heç bir şey artırmaz. Beləsi qiyamət günü Allahın əzabına düçar olacağına görə axirətini də itirimiş kimsədir. Gerçək zərər də elə budur.