Surə 22 · Cüz 17

Al-Hajj · 22:13

يَدْعُو لَمَنْ ضَرُّهُ أَقْرَبُ مِنْ نَفْعِهِ ۚ لَبِئْسَ الْمَوْلَىٰ وَلَبِئْسَ الْعَشِيرُ

13. Həm də zərəri xey­rin­dən daha ya­xın olana yalvarır. O nə pis köməkçi, nə pis yol­daş­dır!

Təfsir

Bu kafir, zərəri həddindən artıq çox olan, xeyri isə heç olmayan bütlərə yalvarıb-yaxararaq ibadət edər. Zərəri xey­rin­dən daha çox olan məbud necə də pis bir məbuddur. Belə bir məbud, ondan yardım tələb edən kimsələr üçün necə də pis bir yardımçıdır və bu məbudlar, onları özünə ya­xın bir yoldaş edən kimsələr üçün necə də pis bir yol­daş­dır!

Oxuyucuda aç - Surəni tam oxu