Surə 2 · Cüz 3

Closing verses of Al-Baqarah · Al-Baqarah 2:285

آمَنَ الرَّسُولُ بِمَا أُنْزِلَ إِلَيْهِ مِنْ رَبِّهِ وَالْمُؤْمِنُونَ ۚ كُلٌّ آمَنَ بِاللَّهِ وَمَلَائِكَتِهِ وَكُتُبِهِ وَرُسُلِهِ لَا نُفَرِّقُ بَيْنَ أَحَدٍ مِنْ رُسُلِهِ ۚ وَقَالُوا سَمِعْنَا وَأَطَعْنَا ۖ غُفْرَانَكَ رَبَّنَا وَإِلَيْكَ الْمَصِيرُ

285. Allahın rəsulu öz Rəbbin­dən ona nazil edilənə iman gə­tirdi, mö­minlər də, iman gətir­di­lər. Ha­mısı Allaha, Onun mə­ləklə­rinə, ki­tab­larına və elçi­lə­rinə iman gə­tirdilər. On­lar de­dilər: “Biz Onun el­çi­ləri ara­sın­da fərq qoymuruq!” Həmçinin, de­dilər: “Eşit­dik və itaət et­dik! Ey Rəb­bimiz, Səndən ba­ğış­­lanma diləyirik, dö­nüş də, yal­nız Sə­nədir!”

Təfsir

Muhəmməd peyğəmbər (sallallahu aleyhi və səlləm) Rəbbin­dən ona nazil edilən hər bir şeyə iman gə­tirdi, mö­minlər də, həmçinin iman gətir­di­lər. Onların ha­mısı Allaha, Onun bütün mə­ləklə­rinə, peyğəmbərlərə nazil etdiyi bütün ki­tab­larına və göndərdiyi bütün elçi­lə­rinə iman gə­tirdilər. Onlar: "Biz Allahın el­çi­ləri ara­sın­da fərq qoymuruq!" -deyərək elçilərə iman gə­tirdilər. On­lar həmçinin, belə de­dilər: "Bizə əmr edib, qadağan etdiyini eşit­dik və biz Sənə, bizə əmr etdiyini etmək və qadağan etdiyindən çəkinməklə itaət et­dik! Ey Rəb­bimiz, biz Səndən, bizi ba­ğış­­lamağını diləyirik, hər bir işimizdə dö­nüş də, yal­nız tək Sə­nədir!"

Oxuyucuda aç - Surəni tam oxu