Surə 2 · Cüz 3
Al-Baqarah · 2:284
لِلَّهِ مَا فِي السَّمَاوَاتِ وَمَا فِي الْأَرْضِ ۗ وَإِنْ تُبْدُوا مَا فِي أَنْفُسِكُمْ أَوْ تُخْفُوهُ يُحَاسِبْكُمْ بِهِ اللَّهُ ۖ فَيَغْفِرُ لِمَنْ يَشَاءُ وَيُعَذِّبُ مَنْ يَشَاءُ ۗ وَاللَّهُ عَلَىٰ كُلِّ شَيْءٍ قَدِيرٌ
284. Göylərdə və yerdə nə varsa, Allaha məxsusdur. Siz içinizdə olanı üzə çıxarsanız da, gizlətsəniz də, Allah buna görə sizi hesaba çəkəcək. O, istədiyini bağışlayar, istədiyinə də, əzab verər. Allah hər şeyə qadirdir.
Təfsir
Göylərdə və yerdə nə varsa, onları xəlq etmək, onlara sahib olmaq və onları idarə etmək tək Allaha məxsusdur. Qəlbinizdə olanı üzə çıxarsanız da, gizlətsəniz də, Allah onu bilir və buna görə sizi hesaba çəkəcəkdir. O, bundan sonra istədiyini lütfü və rəhməti ilə bağışlayar, istədiyinə də, ədaləti və hikməti ilə əzab verər. Allah hər şeyə qadirdir!