Surə 2 · Cüz 3
Al-Baqarah · 2:283
۞ وَإِنْ كُنْتُمْ عَلَىٰ سَفَرٍ وَلَمْ تَجِدُوا كَاتِبًا فَرِهَانٌ مَقْبُوضَةٌ ۖ فَإِنْ أَمِنَ بَعْضُكُمْ بَعْضًا فَلْيُؤَدِّ الَّذِي اؤْتُمِنَ أَمَانَتَهُ وَلْيَتَّقِ اللَّهَ رَبَّهُ ۗ وَلَا تَكْتُمُوا الشَّهَادَةَ ۚ وَمَنْ يَكْتُمْهَا فَإِنَّهُ آثِمٌ قَلْبُهُ ۗ وَاللَّهُ بِمَا تَعْمَلُونَ عَلِيمٌ
283. Əgər səfərdə olduqda katib tapmasanız, borc yiyəsi yanında saxlanılmış girov yetərlidir. Əgər sizlərdən biri digərinə etibar edirsə, qoy etibar olunmuş kəs ona verilmiş əmanəti qaytarsın və Rəbbi olan Allahdan qorxsun. Şahidliyi gizlətməyin! Kim onu gizlədirsə, şübhəsiz ki, onun qəlbi günahkardır. Allah nə etdiklərinizi bilir.
Təfsir
Əgər siz müsafir olduğunuz vaxt borc vəsiqəsini yazdırmağa katib tapmasanız, borclu olan şəxsin borc sahibinə girov verməsi yetərlidir. Beləliklə o girov, borc sahibi malını, borclu olan insandan alana qədər malının məninatçısı olar. Əgər sizlərdən biri digərinə etibar edirsə, bu zaman borcu yazmaq, şahid tutmaq və ya girov almaq lazim deyil və bu halda borc, borclu olan insanın üzərində əmanətdir və borcu sahibinə qaytarması vacibdir. Etibar olunmuş kəs bu əmanətə görə Allahdan qorxsun və ondan heç bir şeyi inkar etməsin. Əgər borclu olan insan əmanəti inkar edərsə, bu zaman şahidlik edən şəxs, etdiyi şəhadəti əda etməlidir və şahidliyi gizlətməsi isə caiz deyildir. Kim onu gizlədirsə, şübhəsiz ki, onun qəlbi günahkardır. Allah nə etdiklərinizi bilir, Ona heç bir şey gizli qalmaz və O, sizin əməllərinizin əvəzini verəcəkdir.