Surə 2 · Cüz 3

Ayat ad-Dayn · Al-Baqarah 2:282

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا إِذَا تَدَايَنْتُمْ بِدَيْنٍ إِلَىٰ أَجَلٍ مُسَمًّى فَاكْتُبُوهُ ۚ وَلْيَكْتُبْ بَيْنَكُمْ كَاتِبٌ بِالْعَدْلِ ۚ وَلَا يَأْبَ كَاتِبٌ أَنْ يَكْتُبَ كَمَا عَلَّمَهُ اللَّهُ ۚ فَلْيَكْتُبْ وَلْيُمْلِلِ الَّذِي عَلَيْهِ الْحَقُّ وَلْيَتَّقِ اللَّهَ رَبَّهُ وَلَا يَبْخَسْ مِنْهُ شَيْئًا ۚ فَإِنْ كَانَ الَّذِي عَلَيْهِ الْحَقُّ سَفِيهًا أَوْ ضَعِيفًا أَوْ لَا يَسْتَطِيعُ أَنْ يُمِلَّ هُوَ فَلْيُمْلِلْ وَلِيُّهُ بِالْعَدْلِ ۚ وَاسْتَشْهِدُوا شَهِيدَيْنِ مِنْ رِجَالِكُمْ ۖ فَإِنْ لَمْ يَكُونَا رَجُلَيْنِ فَرَجُلٌ وَامْرَأَتَانِ مِمَّنْ تَرْضَوْنَ مِنَ الشُّهَدَاءِ أَنْ تَضِلَّ إِحْدَاهُمَا فَتُذَكِّرَ إِحْدَاهُمَا الْأُخْرَىٰ ۚ وَلَا يَأْبَ الشُّهَدَاءُ إِذَا مَا دُعُوا ۚ وَلَا تَسْأَمُوا أَنْ تَكْتُبُوهُ صَغِيرًا أَوْ كَبِيرًا إِلَىٰ أَجَلِهِ ۚ ذَٰلِكُمْ أَقْسَطُ عِنْدَ اللَّهِ وَأَقْوَمُ لِلشَّهَادَةِ وَأَدْنَىٰ أَلَّا تَرْتَابُوا ۖ إِلَّا أَنْ تَكُونَ تِجَارَةً حَاضِرَةً تُدِيرُونَهَا بَيْنَكُمْ فَلَيْسَ عَلَيْكُمْ جُنَاحٌ أَلَّا تَكْتُبُوهَا ۗ وَأَشْهِدُوا إِذَا تَبَايَعْتُمْ ۚ وَلَا يُضَارَّ كَاتِبٌ وَلَا شَهِيدٌ ۚ وَإِنْ تَفْعَلُوا فَإِنَّهُ فُسُوقٌ بِكُمْ ۗ وَاتَّقُوا اللَّهَ ۖ وَيُعَلِّمُكُمُ اللَّهُ ۗ وَاللَّهُ بِكُلِّ شَيْءٍ عَلِيمٌ

282. Ey iman gətirənlər! Mü­əy­yən bir müddətədək bir-bi­ri­ni­zə borc ver­dikdə, onu ya­zın. Qoy bunu aranızda bir katib ədalətlə yazsın. Katib Alla­hın onu öy­rətdiyi kimi yaz­maqdan bo­yun qa­çırmasın. Qoy o yazsın, borc alan adam da gö­türdüyü borcun miq­da­rını yaz­dırsın, Rəbbi olan Allah­dan qorxsun və borcdan heç bir şey əs­kilt­məsin. Əgər borc alan adam səfehdirsə, yaxud ağıldan zəifdirsə və ya özü yazdırmağa qadir de­yil­sə, qoy onun himayə­darı borcu əda­lətlə yazdırsın. Aranız­dakı kişi­lərdən iki nə­fə­ri şa­hid tutun. Əgər iki kişi tapılmazsa, razı ol­duğunuz şahid­lərdən bir kişi və iki qa­dını şa­hid tutun ki, qadın­lardan biri unutduqda, o birisi onun ya­dı­na sal­sın. Şa­hidlər şa­hid­lik et­məyə çağırıl­dıq­da, bo­yun qaçır­ma­sın­lar. Az da olsa, çox da olsa, onun qaytarılma vax­tını yaz­maq­dan usan­ma­yın. Belə etməyiniz, Allah ya­nın­da daha əda­lətli, şa­hid­lik üçün daha düzgün və şüb­həyə düşməməyiniz üçün daha mü­na­sib­dir. Yalnız ara­nızda ge­dən nağd ticarət istis­nadır. Bunu yaz­ma­mağınız isə sizin üçün gü­nah deyil­dir. Al­ış-veriş et­dikdə şahid tutun. Lakin ka­ti­bə və şahidə zərər ve­rilməsin. Əgər zərər ver­sə­niz, şübhəsiz ki, bu, si­zin üçün bir fasiqlikdir. Allahdan qor­xun! Allah sizi öyrədir. Allah hər şeyi bilir.

Təfsir

Ey Allaha iman gətirib Onun rəsuluna tabe olan kimsələr! Borcla müamilə etdiyiniz zaman, mü­əy­yən bir müddətədək bir-bi­ri­ni­zə borc ver­dikdə, onu ya­zın. Qoy bunu aranızda bir katib haqq, vicdan və şəriətə müvafiq qayda da yazsın. Katib borcu Alla­hın ona öy­rətdiyinə müvafiq və ədalətlə yaz­maqdan imtina etməsin. Qoy o, borc alan adamın şəxsi təsdiqi ilə olması üçün onun dediyini yazsın. Rəbbi olan Allah­dan qorxsun və borcun dəyərindən, növündən və keyfiyyətindən heç bir şey azaltmasın. Əgər borc alan adam özü yaza bilmirsə və ya dəli və kiçik olduğu üçün zəifdirsə yaxud lal olduğuna görə yazdırmağa qadir de­yil­sə, və s. buna oxşar hallar olarsa, qoy onun himayə­darı onun yerinə borcu əda­lət və vicdanla yazdırsın. Aranız­dakı kişi­lərdən iki nə­fə­r ağıllı və ədalətli şa­hid tutun. Əgər iki kişi olmazsa, dinindən və əxlaqından razı ol­duğunuz şahid­lərdən bir kişi və iki qa­dını şa­hid tutun ki, əgər qadın­lardan biri unutduqda, bacısı onun ya­dı­na sal­sın. Şa­hidlər borca görə şa­hid­lik et­məyə çağırıl­dıq­da, şahid olmaqdan imtina etməsinlər. Şahid olduqları işi əda etmək üçün dəvət olunsalar, bu zaman şahid olduqlarını gəlib xəbər vermələri onlar üzərində bir haqqdır. Borcun az və ya çox olmasından aslı olmayaraq, onun müəyyən etdiyiniz qaytarılma vax­tını yaz­maq­dan bezməyin. Borcu yazmağınız, Allahın şəriətində daha əda­lətli, şa­hid­lik etmək və etdikdən sonra olduğu kimi xəbər vermək üçün daha düzgündür və borcun növündə, miqdarında və qaytarma müddətində şüb­həyə düşməməyiniz üçün daha mü­na­sib­dir. Yalnız öz ara­nızda nağd alıb və qiymətini də nağd ödədiyiniz ticarət bundan istis­nadır. Ehtiyac olmadığı təqdirdə bunu yaz­ma­mağınız isə sizin üçün gü­nah deyil­dir. Mübahisəyə səbəb ola biləcək işlərin qarşısını almaq məqsədi ilə al­ış-veriş et­dikdə şahid tutmaq sizə qanun edilmişdir. Ka­ti­blərə və şahidlərə zərər ve­rmək və həmçinin onlardan katiblik və şahidlik etmələrini tələb edən kimsələrə zərər vermək caiz deyildir. Əgər siz onlara zərər ver­sə­niz, şübhəsiz ki, bu sizin, Allahın taətindən çıxıb Ona qarşı asilik etmənizdir. Ey Möminlər! Allahın əmrlərini yerinə yetirməklə və qadağanlarından çəkinməklə Ondan qor­xun! Allah dünya və axirətdə sizə mənfətli olan şeyləri öyrədir. Allah bütün işləri biləndir və Ona heç bir şey qizli qalmaz!

Oxuyucuda aç - Surəni tam oxu