Surə 2 · Cüz 3
Al-Baqarah · 2:281
وَاتَّقُوا يَوْمًا تُرْجَعُونَ فِيهِ إِلَى اللَّهِ ۖ ثُمَّ تُوَفَّىٰ كُلُّ نَفْسٍ مَا كَسَبَتْ وَهُمْ لَا يُظْلَمُونَ
281. Allahın hüzuruna qaytarılacağınız gündən qorxun! Sonra hər kəsə qazandığının əvəzi büsbütün veriləcək və onlara zülm edilməyəcəkdir.
Təfsir
Hamınız Allahın hüzuruna qaytarılacağınız günün əzabından qorxun! Sonra hər kəsə qazandığı xeyir yaxud şərin əvəzi veriləcək və onlara əməllərinin savabı naqis olmaqla və günahlardan artıq əzab verməklə zülm edilməyəcəkdir.