Surə 2 · Cüz 3

Closing verses of Al-Baqarah · Al-Baqarah 2:286

لَا يُكَلِّفُ اللَّهُ نَفْسًا إِلَّا وُسْعَهَا ۚ لَهَا مَا كَسَبَتْ وَعَلَيْهَا مَا اكْتَسَبَتْ ۗ رَبَّنَا لَا تُؤَاخِذْنَا إِنْ نَسِينَا أَوْ أَخْطَأْنَا ۚ رَبَّنَا وَلَا تَحْمِلْ عَلَيْنَا إِصْرًا كَمَا حَمَلْتَهُ عَلَى الَّذِينَ مِنْ قَبْلِنَا ۚ رَبَّنَا وَلَا تُحَمِّلْنَا مَا لَا طَاقَةَ لَنَا بِهِ ۖ وَاعْفُ عَنَّا وَاغْفِرْ لَنَا وَارْحَمْنَا ۚ أَنْتَ مَوْلَانَا فَانْصُرْنَا عَلَى الْقَوْمِ الْكَافِرِينَ

286. Allah hər kəsi yalnız onun qüv­vəsi çatdığı qədər mü­­kəlləf edər. Hər kəsin qa­zan­dığı xeyir yalnız onun özünə, qazandığı şər də, yalnız öz əley­hinədir. “Ey Rəb­bimiz, unut­saq və ya xəta et­sək bi­zi cəzalandırma! Ey Rəb­bi­miz, biz­dən əv­vəlkiləri yüklə­di­yin ki­mi, bizi ağır yüklə yük­lə­mə! Ey Rəbbimiz, gü­cü­müz çat­mayan şe­yi bizə daşıtdırma! Bizi əfv et, bizi bağışla, bizə rəhm et! Sən bizim Himayə­da­rı­mızsan! Ka­fir­ qövmə qalib gəlməkdə bizə yardım et!”

Təfsir

Allah hər insanı yalnız onun bacardığı əməllərlə mü­­kəlləf edər. Çünki Allahın dini asanlıq üzərində bina edilmiş və dində məşəqqət yoxdur. Kim xeyir qazanarsa, ona əməlinin savabı naqis edilmədən verilər. Kim də şər qazanarsa, qazandığı şərin cəzası başqasına deyil, yalnız öz üzərinə yüklənər. Peyğəmbər və möminlər dedilər: "Ey Rəb­bimiz, bizdən ixtiyarsız yaxud sözdə və əməldə unudaraq xəta et­sək, bi­zi cəzalandırma! Ey Rəb­bi­miz, biz­dən əv­vəlkiləri zülümlərinə görə əzabla yüklə­di­yin yəhudilər ki­mi, bizi ağır yüklə yük­lə­mə! Ey Rəbbimiz, gü­cü­müz çat­mayan və bacarmadığımız əmr və qadağalarla bizə daşıtdırma! Günahlarımızdan keç, bizi bağışla, Öz lütfünlə bizə rəhm et! Sən bizim himayə­da­rı­mız və yardımçımızsan! Ka­fir­ qövmə qalib gəlməkdə bizə yardım et!"

Oxuyucuda aç - Surəni tam oxu