Surə 2 · Cüz 3
Al-Baqarah · 2:268
الشَّيْطَانُ يَعِدُكُمُ الْفَقْرَ وَيَأْمُرُكُمْ بِالْفَحْشَاءِ ۖ وَاللَّهُ يَعِدُكُمْ مَغْفِرَةً مِنْهُ وَفَضْلًا ۗ وَاللَّهُ وَاسِعٌ عَلِيمٌ
268. Şeytan sizi yoxsulluqla qorxudur və sizə yaramaz işlər görməyi əmr edir. Allah isə sizə Öz tərəfindən bağışlanma və lütf vəd edir. Allahın lütfü genişdir, O hər şeyi biləndir.
Təfsir
Şeytan sizi yoxsulluqla qorxudaraq, paxıllığa sövq edər və sizi günahlar və asiliklər etməyə çağırar. Allah isə günahlarınızın bağışlanması üçün sizə böyük bağışlanma və bol-bol ruzi vəd edər. Allahın lütfü genişdir və qullarının halından xəbərdardır.