Surə 2 · Cüz 3
Al-Baqarah · 2:267
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا أَنْفِقُوا مِنْ طَيِّبَاتِ مَا كَسَبْتُمْ وَمِمَّا أَخْرَجْنَا لَكُمْ مِنَ الْأَرْضِ ۖ وَلَا تَيَمَّمُوا الْخَبِيثَ مِنْهُ تُنْفِقُونَ وَلَسْتُمْ بِآخِذِيهِ إِلَّا أَنْ تُغْمِضُوا فِيهِ ۚ وَاعْلَمُوا أَنَّ اللَّهَ غَنِيٌّ حَمِيدٌ
267. Ey iman gətirənlər! Qazandığınız və sizin üçün torpaqdan çıxartdığımız şeylərin yaxşısından Allah yolunda xərcləyin. Özünüzə verildiyi təqdirdə, ancaq göz yumub alacağınız pis şeylərdən xərcləməyə çalışmayın. Bilin ki, Allah zəngindir, tərifəlayiqdir.
Təfsir
Ey Allaha iman gətirib Onun rəsuluna tabe olan kimsələr! Qazandığınız pak, halal maldan və sizin üçün torpaqdan çıxartdığımız yer bitkilərindən Allah yolunda xərcləyin. Əgər sizə verilsəydi, pisliyinə görə yalnız göz yumub alacağınız pis şeylərdən xərcləməyə çalışmayın. Məgər özünüzə razı olmadığınız bir şeyi Allah üçünmü razı olursunuz?! Bilin ki, Allah, sizin xərclədiklərinizdən zəngindir və O, zatında və işlərinə tərifəlayiqdir.