Surə 2 · Cüz 3
Al-Baqarah · 2:269
يُؤْتِي الْحِكْمَةَ مَنْ يَشَاءُ ۚ وَمَنْ يُؤْتَ الْحِكْمَةَ فَقَدْ أُوتِيَ خَيْرًا كَثِيرًا ۗ وَمَا يَذَّكَّرُ إِلَّا أُولُو الْأَلْبَابِ
269. Allah hikməti istədiyi kəsə bəxş edir. Kimə hikmət verilərsə, ona çoxlu xeyir verilmiş olar. Bundan yalnız ağıl sahibləri düşünüb ibrət alarlar.
Təfsir
Allah sözdə və əməldə düzgünə müvəffəq olmağı yalnız istədiyi kəsə bəxş edər. Kimə bu verilərsə, ona çoxlu xeyir verilmiş olar. Allahın ayələrindən yalnız Allahın nuru ilə nurlanan və Onun doğru yolu ilə gedən kamil ağıl sahibləri düşünüb ibrət alarlar.