Surə 2 · Cüz 3
Al-Baqarah · 2:263
۞ قَوْلٌ مَعْرُوفٌ وَمَغْفِرَةٌ خَيْرٌ مِنْ صَدَقَةٍ يَتْبَعُهَا أَذًى ۗ وَاللَّهُ غَنِيٌّ حَلِيمٌ
263. Xoş söz demək və xətaları bağışlamaq, ardından əziyyət gələn sədəqədən daha yaxşıdır. Allah zəngindir, həlimdir.
Təfsir
Möminin qəlbinə sevinc daxil edən gözəl söz demək və sənə pislik edəni əff etmək, sədəqə verdiyin kimsəyə ardından minnət qoyaraq əziyyətlə verilən sədəqədən daha yaxşıdır. Allahın qullarına ehtiyacı yoxdur, O, həlimdir və onlara əzab verməyə tələsməz.