Surə 2 · Cüz 3
Al-Baqarah · 2:264
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا لَا تُبْطِلُوا صَدَقَاتِكُمْ بِالْمَنِّ وَالْأَذَىٰ كَالَّذِي يُنْفِقُ مَالَهُ رِئَاءَ النَّاسِ وَلَا يُؤْمِنُ بِاللَّهِ وَالْيَوْمِ الْآخِرِ ۖ فَمَثَلُهُ كَمَثَلِ صَفْوَانٍ عَلَيْهِ تُرَابٌ فَأَصَابَهُ وَابِلٌ فَتَرَكَهُ صَلْدًا ۖ لَا يَقْدِرُونَ عَلَىٰ شَيْءٍ مِمَّا كَسَبُوا ۗ وَاللَّهُ لَا يَهْدِي الْقَوْمَ الْكَافِرِينَ
264. Ey iman gətirənlər! Sədəqələrinizi, özünü camaata göstərmək məqsədilə xərcləyən, Allaha və Axirət gününə inanmayan şəxs kimi minnət qoymaqla və əziyyət verməklə puç etməyin. Beləsinin misalı üzərində torpaq olan hamar qayanın misalına bənzəyir ki, şiddətli bir yağış onu çılpaq hala salmışdır. Onlar qazandıqlarından heç bir şey əldə etməzlər. Allah kafir qövmü doğru yola yönəltməz.
Təfsir
Ey Allaha iman gətirib Onun rəsuluna tabe olan kimsələr! Sədəqələrinizin savabını, Allaha, axirət gününə və o gün Allahın verəcəyi savaba və əzaba inanmayan şəxs kimi sədəqə verdiyiniz kimsəyə minnət qoymaqla və əziyyət verməklə puç etməyin. Çünki bu cür sədəqə verənlərin məsəli, özünü insanlara göstərib, təriflənməsi məqsədilə malını xərcləyən insanın məsəlinə bənzər. Belə insanın misalı üzərində torpaq olan hamar daşın misalına bənzəyir ki, şiddətli bir yağış o daşın üzərində olan torpaqı aparıb, üzərində heç bir şey olmayan, onu çılpaq hala salmış daşa bənzəyir. Özlərini insanlara göstərmək üçün malını xərcləyən kimsə də əməllərinin və xərclədiyinin savabını belə puç edər, sonda Allah yanında o, heç bir şeyə nail ola bilməz. Allah kafir qövmü, Onu, razı salan əməllərə yönəltməz və etdikləri əməllər və xərclədikləri mallar onlara fayda verməz.