Surə 2 · Cüz 3

Al-Baqarah · 2:262

الَّذِينَ يُنْفِقُونَ أَمْوَالَهُمْ فِي سَبِيلِ اللَّهِ ثُمَّ لَا يُتْبِعُونَ مَا أَنْفَقُوا مَنًّا وَلَا أَذًى ۙ لَهُمْ أَجْرُهُمْ عِنْدَ رَبِّهِمْ وَلَا خَوْفٌ عَلَيْهِمْ وَلَا هُمْ يَحْزَنُونَ

262. Mallarını Allah yolun­da xərclə­yənlərin və xərclə­dik­lə­ri­nin ardından minnət qoy­ma­yan və əziyyət vermə­yən­lə­rin Rəbbi ya­nında mükafatları var­dır. On­lara heç bir qorxu yox­dur və onlar kə­dərlən­mə­yə­cəklər.

Təfsir

Mallarını Allahın itaətinə və razılığına xərclə­yənlərin və sonra xərclə­dik­lə­ri­nin ardından onların savabını puç edən söz yaxud əməl ilə minnət qoy­ma­yan və əziyyət vermə­yən­lə­rin mükafatları Rəbbi ya­nındadır. Qiyamət günü on­lara heç bir qorxu olmayacaq və Allahın onlara verdiyi böyük nemətinə görə də kədərlənmə­yə­cəklər.

Oxuyucuda aç - Surəni tam oxu