Surə 2 · Cüz 3
Al-Baqarah · 2:261
مَثَلُ الَّذِينَ يُنْفِقُونَ أَمْوَالَهُمْ فِي سَبِيلِ اللَّهِ كَمَثَلِ حَبَّةٍ أَنْبَتَتْ سَبْعَ سَنَابِلَ فِي كُلِّ سُنْبُلَةٍ مِائَةُ حَبَّةٍ ۗ وَاللَّهُ يُضَاعِفُ لِمَنْ يَشَاءُ ۗ وَاللَّهُ وَاسِعٌ عَلِيمٌ
261. Mallarını Allah yolunda xərcləyənlərin misalı yeddi sünbül verən bir toxumun misalına bənzəyir ki, sünbüllərin hər birində yüz ədəd dən vardır. Allah istədiyi kimsənin mükafatını artırar. Allahın lütfü genişdir, O hər şeyi biləndir.
Təfsir
Mallarını Allah yolunda xərcləyənlərin savabının misalı əkinçinin münbit torpaqda əkdiyi yeddi sünbül verən bir toxumun misalına bənzəyir ki, bu sünbüllərin hər birində yüz ədəd dən vardır. Allah istədiyi qulunun savabını artırar və mükafatını hesabsız verər. Allahın lütfü, bəxşi genişdir və kimin üçün mükafatın qat-qat artırmaqa layiq olduğunu biləndir.