Surə 2 · Cüz 3
Ayat al-Kursi · Al-Baqarah 2:255
اللَّهُ لَا إِلَٰهَ إِلَّا هُوَ الْحَيُّ الْقَيُّومُ ۚ لَا تَأْخُذُهُ سِنَةٌ وَلَا نَوْمٌ ۚ لَهُ مَا فِي السَّمَاوَاتِ وَمَا فِي الْأَرْضِ ۗ مَنْ ذَا الَّذِي يَشْفَعُ عِنْدَهُ إِلَّا بِإِذْنِهِ ۚ يَعْلَمُ مَا بَيْنَ أَيْدِيهِمْ وَمَا خَلْفَهُمْ ۖ وَلَا يُحِيطُونَ بِشَيْءٍ مِنْ عِلْمِهِ إِلَّا بِمَا شَاءَ ۚ وَسِعَ كُرْسِيُّهُ السَّمَاوَاتِ وَالْأَرْضَ ۖ وَلَا يَئُودُهُ حِفْظُهُمَا ۚ وَهُوَ الْعَلِيُّ الْعَظِيمُ
255. Allah Özündən başqa haqq məbud olmayandır, əbədi Yaşayandır, bütün yaratdıqlarının Qəyyumudur. Onu nə mürgü, nə də yuxu tutar. Göylərdə və yerdə nə varsa, Ona məxsusdur. Allahın izni olmadan Onun yanında kim şəfaət edə bilər? O, qullarının gələcəyini və keçmişini bilir. Onlar Allahın elmindən Onun istədiyindən başqa heç bir şey qavraya bilməzlər. Onun Kürsüsü göyləri və yeri əhatə edir. Bunları qoruyub saxlamaq Ona ağır gəlmir. O, Ucadır, Əzəmətlidir.
Təfsir
Allahdan başqa ibadətə layiq olan heç bir ilah yoxdur, O, Diridir. Ölüm və naqislik olmayan kamil həyata sahibdir. O, Özünü idarə edən, heç bir məxluqata ehtiyacı olmayan əksinə bütün məxluqat, hər bir işində Ona möhtac olan Qəyyumudur. O, kamil həyata və qəyyumluğa sahib olduğu üçün Onu, nə mürgü, nə də yuxu tutar. Göylərdə və yerdə nə varsa hamısı yalnız Ona məxsusdur. Onun izni və razılığı olmadan Onun yanında kimsə başqasına şəfaət edə bilər O, məxluqatın olub keçmiş, hələ baş verməmiş və gələcəkdə baş verəcək bütün işlərini bilir. Onlar Uca Allahın elmindən, yalnız Onun, insanlara bildirmək istədiyindən başqa heç bir şey bilməzlər. Onun Kürsüsü -Kürsü: Rəbbin iki ayağını qoyduğu yerdir- göylər və yerin geniş və əzəmətli olmasına rəğmən bütünlüklə əhatə edir. Bunları qoruyub saxlamaq Ona çətin yaxud da ağır gəlməz. O, zatı, qüdrəti və hökmüranlığı ilə Ucadır, mülkündə və sultanlığında ən böyükdür.