Surə 2 · Cüz 3
Al-Baqarah · 2:256
لَا إِكْرَاهَ فِي الدِّينِ ۖ قَدْ تَبَيَّنَ الرُّشْدُ مِنَ الْغَيِّ ۚ فَمَنْ يَكْفُرْ بِالطَّاغُوتِ وَيُؤْمِنْ بِاللَّهِ فَقَدِ اسْتَمْسَكَ بِالْعُرْوَةِ الْوُثْقَىٰ لَا انْفِصَامَ لَهَا ۗ وَاللَّهُ سَمِيعٌ عَلِيمٌ
256. Dində məcburiyyət yoxdur. Artıq doğru yol azğınlıqdan aydın fərqlənir. Hər kim tağutu inkar edib Allaha iman gətirərsə, heç vaxt qırılmayan ən möhkəm dəstəkdən yapışmış olar. Allah hər şeyi eşidəndir, hər şeyi biləndir.
Təfsir
Kiminsə İslam dininə daxil olamsı üçün məcburiyyət yoxdur. Çünki bu din, haqq və açıq-aydın bir dindir elə buna görə də kiminsə bu dinə daxil olması üçün məcburiyyətə ehtiyac yoxdur. Artıq doğru yol azğınlıqdan aydın fərqlənir. Hər kim Allahdan başqa hər bir ibadət olunanları inkar edib tək Allaha iman gətirərsə, artıq o, Qiyamət günü nicat tapmaq üçün heç vaxt qırılmayan, ən möhkəm səbəb ilə dindən yapışmış olar. Allah qullarının dedikləri hər bir şeyi eşidəndir, etdikləri hər bir şeyi biləndir və onların etdikləri əməllərin müqabilini verəcəkdir.