Surə 2 · Cüz 3

Al-Baqarah · 2:254

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا أَنْفِقُوا مِمَّا رَزَقْنَاكُمْ مِنْ قَبْلِ أَنْ يَأْتِيَ يَوْمٌ لَا بَيْعٌ فِيهِ وَلَا خُلَّةٌ وَلَا شَفَاعَةٌ ۗ وَالْكَافِرُونَ هُمُ الظَّالِمُونَ

254. Ey iman gətirənlər! Alış-verişin, dostluğun və şəfaətin ol­mayacağı gün gəlməmişdən ön­cə, sizə verdiyimiz ru­zidən Allah yo­lunda xərcləyin! Kafir­lər, əlbəttə ki, za­lımdırlar.

Təfsir

Ey Allaha iman gətirib Onun rəsuluna tabe olan kimsələr! Qiyamət günü gəlməmişdən ön­cə, sizə ru­zi verdiyimiz müxtəlif növlü halal mallardan Allah yo­lunda xərcləyin! O gün inasan, ona fayda verən bir şeyi qazanması üçün alış-verişin etməsi mümkün olmaz, çətin vaxta yardım edən dost, köməyə gəlməz və Allahın istədiyi və Özünün razı qaldığı kimsələr müstəsna olmaqla heç bir vasitəçi, ondan heç bir zərəri uzaqlaşdıra yaxud ona bir xeyir verə bilməz. Kafir­lər, Uca Allaha küfür etdikləri üçün həqiqi za­lımdırlar.

Oxuyucuda aç - Surəni tam oxu