Surə 2 · Cüz 2

Al-Baqarah · 2:230

فَإِنْ طَلَّقَهَا فَلَا تَحِلُّ لَهُ مِنْ بَعْدُ حَتَّىٰ تَنْكِحَ زَوْجًا غَيْرَهُ ۗ فَإِنْ طَلَّقَهَا فَلَا جُنَاحَ عَلَيْهِمَا أَنْ يَتَرَاجَعَا إِنْ ظَنَّا أَنْ يُقِيمَا حُدُودَ اللَّهِ ۗ وَتِلْكَ حُدُودُ اللَّهِ يُبَيِّنُهَا لِقَوْمٍ يَعْلَمُونَ

230. Əgər onu üçüncü dəfə bo­şayarsa, bundan sonra o qa­dın baş­qa bir kişiyə ərə getmə­yincə əvvəlki ərinə ha­lal ol­maz. Əgər sonrakı əri onu boşa­sa, Alla­hın qoy­du­ğu hüdud­lar­ı ye­ri­nə yetirə­cək­lə­rini gü­man et­dik­ləri təqdirdə, qadının birinci əri ilə ye­nidən nikaha gir­məsində, iki­sinə də heç bir gü­nah yoxdur. Bunlar Allahın qoy­du­ğu hüdud­lar­dır, onla­rı anlayan adam­la­ra bə­yan edir.

Təfsir

Əgər əri onu üçüncü dəfə boşayarsa, bundan sonra o qadın, birinci ərinə halal olmaq məqsəd ilə deyil, əksinə, öz istəyi ilə düzgün nikah kəsildikdən sonra, başqa bir kişiyə ərə gedib və ikinci əri onunla cinsi əlaqədə olmayınca birinci ərinə halal olmaz. Əgər ikinci əri onu boşasa, yaxud vəfat etsə, hər birinin üzərinə vacib olan şəri hökmləri yerinə yetirəcəklərini zənn etdikləri təqdirdə nikah kəsib və qadının mehrini verib, yenidən evlənmələrində ikisinə də heç bir günah yoxdur. Bunlar şəri hökmlərdir, Allah bunları, Onun hökmlərini və hüdudlarını anlayan insanlar üçün bəyan edir. Çünki bu hökmlərdən bəhrələnən məhz insanlardır.

Oxuyucuda aç - Surəni tam oxu