Surə 2 · Cüz 2

Al-Baqarah · 2:229

الطَّلَاقُ مَرَّتَانِ ۖ فَإِمْسَاكٌ بِمَعْرُوفٍ أَوْ تَسْرِيحٌ بِإِحْسَانٍ ۗ وَلَا يَحِلُّ لَكُمْ أَنْ تَأْخُذُوا مِمَّا آتَيْتُمُوهُنَّ شَيْئًا إِلَّا أَنْ يَخَافَا أَلَّا يُقِيمَا حُدُودَ اللَّهِ ۖ فَإِنْ خِفْتُمْ أَلَّا يُقِيمَا حُدُودَ اللَّهِ فَلَا جُنَاحَ عَلَيْهِمَا فِيمَا افْتَدَتْ بِهِ ۗ تِلْكَ حُدُودُ اللَّهِ فَلَا تَعْتَدُوهَا ۚ وَمَنْ يَتَعَدَّ حُدُودَ اللَّهِ فَأُولَٰئِكَ هُمُ الظَّالِمُونَ

229. Boşama iki dəfədir. Bundan sonra qadını şəriətə mü­vafiq qayda üzrə sax­lamaq, ya­xud xoşluqla buraxmaq gə­rək­dir. On­lara ver­diklərinizdən bir şey gö­türmək sizə halal ol­maz. Yalnız hər iki­si­nin Alla­hın qoy­du­ğu hüdud­lar­ı ye­rinə yetir­məyə­cəklə­rin­dən qorx­ması is­tis­na­dır. Əgər siz onların Allahın qoy­du­ğu hüdud­lar­ı ye­rinə yetir­mə­yəcək­lə­rin­dən qorx­sa­nız, qadının boşanmaq üçün bir şey əvəz ver­məsində iki­si­nə də heç bir günah yox­dur. Bunlar Alla­hın qoy­du­ğu hüdud­lar­dır, on­la­rı aşma­yın! Allahın qoy­du­ğu hüdud­lar­ı aşanlar – məhz onlar za­lım­lar­dır.

Təfsir

Ər, sahib olduğu talaqın sayı ikidir. Belə ki, ər, talaq verir sonra qaytarır, sonra talaq verir yenə də qaytarır. İki talaq bitdikdən sonra ər zövcəsini öz ismətində şəriətə müvafiq qayda üzrə saxlamalı yaxud zövcəsinə xoş münasibət göstərib və onun haqqlarını verdikdən sonra üçüncü dəfə talaq verməlidir. -Ey Ərlər- Zövcələrinizə mehr olaraq verdiklərinizdən bir şey götürmək sizə halal olmaz. Yalnız qadın ərinin əxlaqından yaxud zahiri görnüşündən xoşlanmazsa və ər-arad bu xoşlanmamanın səbəbindən biri-birilərin üzərinə düşən haqqları verə bilməyəcəklərini zənn edərlərsə bu zaman bunu yaxın qohum-əqrəbasına yaxud da ki, başqa bir kimsəyə ərz etsinlər. Əgər kişi və qadın tərəfi, onların biri-birinə qarşı olan ailə haqqlarını yerinə yetirə yetiməyəcəklərindən qorxsalar, bu zaman qadın, əri onu boşanması üçün ərinə əvəz olaraq bir şey verməsində ikisinə də heç bir günah yoxdur. Bu şəri hökmlər, halal və haram arasını ayırd edən hökmlərdir bu hökmləri aşmayın! Kim Allahın halal və haram arasında olan hüdudlarını aşarsa, məhz onlar, özlərini həlaka, Allahın qəzəbinə və əzabına sürüklədikləri üçün zalımlardır.

Oxuyucuda aç - Surəni tam oxu