Surə 2 · Cüz 2
Al-Baqarah · 2:228
وَالْمُطَلَّقَاتُ يَتَرَبَّصْنَ بِأَنْفُسِهِنَّ ثَلَاثَةَ قُرُوءٍ ۚ وَلَا يَحِلُّ لَهُنَّ أَنْ يَكْتُمْنَ مَا خَلَقَ اللَّهُ فِي أَرْحَامِهِنَّ إِنْ كُنَّ يُؤْمِنَّ بِاللَّهِ وَالْيَوْمِ الْآخِرِ ۚ وَبُعُولَتُهُنَّ أَحَقُّ بِرَدِّهِنَّ فِي ذَٰلِكَ إِنْ أَرَادُوا إِصْلَاحًا ۚ وَلَهُنَّ مِثْلُ الَّذِي عَلَيْهِنَّ بِالْمَعْرُوفِ ۚ وَلِلرِّجَالِ عَلَيْهِنَّ دَرَجَةٌ ۗ وَاللَّهُ عَزِيزٌ حَكِيمٌ
228. Boşanmış qadınlar üç heyz görüncəyə və ya üç kərə təmizlənincəyə qədər gözləməlidirlər. Əgər Allaha və Axirət gününə iman gətirmişlərsə, Allahın onların bətnində yaratdığını gizlətmək onlara halal olmaz. Əgər bu müddət ərzində onların ərləri barışmaq istəsələr, onları qaytarmağa daha çox haqlıdırlar. Kişilərin qadınlar üzərində şəriətə müvafiq haqları olduğu kimi, onların da kişilər üzərində haqları vardır. Kişilərin onlar üzərində olan haqları isə bir dərəcə üstündür. Allah qüdrətlidir, hikmət sahibidir.
Təfsir
Boşanmış qadınlar üç heyz gözləməli və bu müddət ərzində başqasına ərə getməməlidirlər. Əgər onlar həqiqətən Allaha və Axirət gününə iman gətiriblərsə, Allahın onların bətnində yaratdığını uşağı gizlətmək onlara caiz deyildir. Bu müddət ərzində ərləri, onları qaytarmağa daha çox haqlıdırlar. Əgər onlar bu barışmaqla mehriban münasibət yaradıb və talaqa səbəb olan şeyləri aradan qaldırmaqa qəsd edirlərsə. Ərlərinin qadınlar üzərində adətə müvafiq haqları olduğu kimi qadınların da haqları vardır. Kişilər qadınlar üzərində ixtiyar sahibi və həmçinin talaqın da onların ixtiyarında olduğu üçün, kişilərin qadınlar üzərində olan haqları bir dərəcə üstündür. Allah qüdrətlidir heç kim Ona qələbə çala bilməz və O, işlərində və şəriətində hikmətlidir.