Surə 2 · Cüz 2

Al-Baqarah · 2:231

وَإِذَا طَلَّقْتُمُ النِّسَاءَ فَبَلَغْنَ أَجَلَهُنَّ فَأَمْسِكُوهُنَّ بِمَعْرُوفٍ أَوْ سَرِّحُوهُنَّ بِمَعْرُوفٍ ۚ وَلَا تُمْسِكُوهُنَّ ضِرَارًا لِتَعْتَدُوا ۚ وَمَنْ يَفْعَلْ ذَٰلِكَ فَقَدْ ظَلَمَ نَفْسَهُ ۚ وَلَا تَتَّخِذُوا آيَاتِ اللَّهِ هُزُوًا ۚ وَاذْكُرُوا نِعْمَتَ اللَّهِ عَلَيْكُمْ وَمَا أَنْزَلَ عَلَيْكُمْ مِنَ الْكِتَابِ وَالْحِكْمَةِ يَعِظُكُمْ بِهِ ۚ وَاتَّقُوا اللَّهَ وَاعْلَمُوا أَنَّ اللَّهَ بِكُلِّ شَيْءٍ عَلِيمٌ

231. Qadınlarınızı boşadığı­nız və on­ların gözləmə müd­dəti so­na yetişdiyi zaman on­ları ya şə­ri­ətə müvafiq qayda üzrə sax­layın, ya da müvafiq qay­da üz­rə bu­ra­xın. Zərər vermək üçün haqsızlıq edib on­ları saxla­ma­yın. Kim bu­nu etsə, ancaq özünə zülm et­miş olar. Allahın ayə­ləri­ni məsxərəyə qoymayın. Allahın sizə olan ne­mətlə­rini, öyüd-nəsihət ver­­mək üçün nazil etdiyi Kitab və hik­mə­ti yadınıza salın. Allah­dan qor­xun və bilin ki, Allah hər şe­yi bi­lir.

Təfsir

Qadınlarınızı boşadığınız və onların gözləmə müddəti sona yaxınlaşdığı zaman onları ya şəriətə müvafiq qayda üzrə qaytarın, ya da müvafiq qayda üzrə rici talaq etmədən gözləmə müddəti bitənə qədər buraxın. Cahillik dövründə etdikləri kimi qadınlara təcavüz etmək və zərər vurmaq məqsədilə onları qaytarmayın. Kim bunu qadına zərər vermək məqsədi ilə etsə, nəfsini günaha və əzaba məruz qoyduğu üçün özünə zülm etmiş olar. Allahın ayələrini ələ salmaq və ayələrə qarşı cürət etməklə istehza etməyin. Allahın sizə olan nemətlərini və bu nemətlərin ən əzəmətlisi olan, sizə nazil etdiyi Quran və Sünnə nemətini yadınıza salın. Allah bu nemətləri sizin Ona ümid və qorxu ilə ibadət etməniz üçün yadınıza salır. Allahın əmrlərinə tabe olub qadağanlarından çəkinməklə Ondan qorxun və bilin ki, Allah hər şeyi bilir, Ona heç bir şey gizli qalmaz və Allah etdiyiniz əməllərin müqabilini də verəcəkdir.

Oxuyucuda aç - Surəni tam oxu