Surə 2 · Cüz 2
Al-Baqarah · 2:197
الْحَجُّ أَشْهُرٌ مَعْلُومَاتٌ ۚ فَمَنْ فَرَضَ فِيهِنَّ الْحَجَّ فَلَا رَفَثَ وَلَا فُسُوقَ وَلَا جِدَالَ فِي الْحَجِّ ۗ وَمَا تَفْعَلُوا مِنْ خَيْرٍ يَعْلَمْهُ اللَّهُ ۗ وَتَزَوَّدُوا فَإِنَّ خَيْرَ الزَّادِ التَّقْوَىٰ ۚ وَاتَّقُونِ يَا أُولِي الْأَلْبَابِ
197. Həcc ziyarəti məlum olan aylardadır. Bu aylarda həcci yerinə yetirməyi niyyət edən kəs həcc ziyarəti əsnasında qadınıyla yaxınlıq etməməli, günah işlər görməməli və mübahisələrə qoşulmamalıdır. Sizin etdiyiniz yaxşılıqları Allah bilir. Özünüzlə azuqə götürün! Həqiqətən də, ən xeyirli azuqə təqvadır. Məndən qorxun, ey ağıl sahibləri!
Təfsir
Həccin vaxtı məlum olan aylardadır. Bu aylar şəvval ayı ilə başlayıb zülhiccənin birinci on günü sona çatır. Kim bu aylarda həcci yerinə yetirməyi özünə vacib edib və ehrama niyyət edərsə ona zövcəsi ilə yaxınlıq etmək və yaxınlıq etməyə səbəb olan hər bir şey və həmçinin zaman və məkanın əzəmətliyinə görə asilik edərək Allahın taətindən çıxmaq haram olar. Qəzəbə və dartışmaya gətirib çıxaran mübahisə etmək də haramdır. Etdiyiniz yaxşı işi Allah bilir və mükafatını verəcəkdir. Həcc ibadətini yerinə yetirmək üçün özünüzə ehtiyacınız olan yemək, içmək azüqəsi əldə edin. Bilin ki, hər bir işinizdə ən xeyirli yardımçı olan Allah qorxusudur. Ey sağlam ağıl sahibləri əmrlərimə müti olmaqla və qadağanlarımdan çəkinməklə Məndən qorxun.