Surə 2 · Cüz 2

Al-Baqarah · 2:196

وَأَتِمُّوا الْحَجَّ وَالْعُمْرَةَ لِلَّهِ ۚ فَإِنْ أُحْصِرْتُمْ فَمَا اسْتَيْسَرَ مِنَ الْهَدْيِ ۖ وَلَا تَحْلِقُوا رُءُوسَكُمْ حَتَّىٰ يَبْلُغَ الْهَدْيُ مَحِلَّهُ ۚ فَمَنْ كَانَ مِنْكُمْ مَرِيضًا أَوْ بِهِ أَذًى مِنْ رَأْسِهِ فَفِدْيَةٌ مِنْ صِيَامٍ أَوْ صَدَقَةٍ أَوْ نُسُكٍ ۚ فَإِذَا أَمِنْتُمْ فَمَنْ تَمَتَّعَ بِالْعُمْرَةِ إِلَى الْحَجِّ فَمَا اسْتَيْسَرَ مِنَ الْهَدْيِ ۚ فَمَنْ لَمْ يَجِدْ فَصِيَامُ ثَلَاثَةِ أَيَّامٍ فِي الْحَجِّ وَسَبْعَةٍ إِذَا رَجَعْتُمْ ۗ تِلْكَ عَشَرَةٌ كَامِلَةٌ ۗ ذَٰلِكَ لِمَنْ لَمْ يَكُنْ أَهْلُهُ حَاضِرِي الْمَسْجِدِ الْحَرَامِ ۚ وَاتَّقُوا اللَّهَ وَاعْلَمُوا أَنَّ اللَّهَ شَدِيدُ الْعِقَابِ

196. Allah üçün həcc və üm­rə­ni tam yerinə yetirin. Əgər si­zin qarşınızı kəs­sələr, mü­yəs­­sər olan bir qurban kəsin. Qur­banlıq hey­van öz yerinə çatana qə­dər başınızı qırx­mayın. Siz­lər­dən kim xəstə olarsa və ya başın­da­ ona əziyyət verən bir şey var­sa, fid­yə olaraq, ya oruc tut­ma­­lı, ya sə­dəqə verməli, ya da qur­ban kəs­məli­dir. Əminlik içində oldu­ğu­nuz təqdirdə isə həcc vaxtına qədər üm­rədən faydalanan kəs müyəssər olan bir qurban kəsməli­dir. Qur­ban­lıq heyvan tap­ma­yan­lar isə həcc əsna­sında üç gün, və­tə­ni­nə qa­yıtdıqda isə yeddi gün oruc tutmalıdır. Bu da, tam on gün edir. Bu, ailəsi Məscidulha­ram­da yaşamayan­lara aid­dir. Allah­dan qor­xun və bilin ki, Allah şiddətli cəza verəndir.

Təfsir

Uca Allahın razılığını qazanmaq üçün həcc və ümrə əməllərinin hər ikisini tam yerinə yetirin. Əgər siz, xəstəlik üzündən, yaxud düşmənə görə və ya başqa səbəbdən dolayı həcc və ya ümrə əməllərini yerinə yetirə bilməsəniz, o zaman ehramdan çıxmanız üçün imkan daxilində - dəvə, yaxud inək, yaxud da qoyun- qurban kəsməlisiniz. Qurbanlıq, kəsilməsi lazım olan yerinə çatana qədər başınızı qırxmayın va ya saçınızı qısaltmayın. Əgər kiməsə Məscidulharama daxil olmağa mane olunarsa, onda qoy qurbanı, mane olunduğu yerdə kəssin. Əgər Məscidulharama daxil olmağa mane olunmasa, qoy qurbanını bayram və ya təşriq günülərində kəssin. Sizlərdən xəstə və ya saçında bit olduğu üçün əziyyət çəkən varsa və bu səbəbdən başını qırxsa ona günah yazılmaz. Lakin həmin kimsə fidyə olaraq ya üç gün oruc tutmalı, ya Məscidulharamdakı miskinlərdən altı miskini doydurmalı, ya da bir qoyun kəsib Məscidulharamdakı fəqirlərə paylamalıdır. Əmin olduğunuz təqdirdə həcc aylarında ümrə ibadətini yerinə yetirib, həmin ilin həccinə qədər ehramda özünə haram olunanlardan istifadə edən kəs, imkan daxilində bir qoyun yaxud da yeddi nəfərə bir dəvə və ya bir inək qurban kəssin. Qurban kəsməyə maddi imkanı olmayan isə qurbanlıqın əvəzi olaraq həcc günlərində üç gün, ailəsinə döndükdən sonra isə yeddi gün oruc tutmalıdır. Beləliklə, bunların hamısı kamil on gün edər. Təməttü həcci edən kimsənin qurban kəsməsi və qurban kəsməyə maddi imkanı olmadığı təqdir də isə oruc tutmasının vacib olması hökmü, Məscidulharamda və ya Məscidulharama yaxın yerdə sakin olmayanlara aiddir. Allahın şəriətinə tabe olaraq və qoyduğu hüdudlara hörmətlə yanaşaraq Ondan qorxun. Bilin ki, Allahın əmrinə müxalif olan kimsəyə Allahın əzabı şiddətlidir.

Oxuyucuda aç - Surəni tam oxu