Surə 2 · Cüz 2
Al-Baqarah · 2:198
لَيْسَ عَلَيْكُمْ جُنَاحٌ أَنْ تَبْتَغُوا فَضْلًا مِنْ رَبِّكُمْ ۚ فَإِذَا أَفَضْتُمْ مِنْ عَرَفَاتٍ فَاذْكُرُوا اللَّهَ عِنْدَ الْمَشْعَرِ الْحَرَامِ ۖ وَاذْكُرُوهُ كَمَا هَدَاكُمْ وَإِنْ كُنْتُمْ مِنْ قَبْلِهِ لَمِنَ الضَّالِّينَ
198. Rəbbinizdən lütf diləmək (həcc vaxtı ticarət etmək) sizə günah deyildir. Ərəfatdan axışıb gəldikdə, Məşərulharamda Allahı zikr edin! Sizi doğru yola yönəltdiyinə görə Onu yad edin. Sözsüz ki, bundan əvvəl siz azmışlardan idiniz.
Təfsir
Həcc vaxtı ticarət və s. bu kimi halal yolla ruzi qazanmanız sizə günah deyildir. Doqquzuncu gün ərəfatda durduqdan sonra zülhiccənin onuncu gecəsi müzdəlifəyə gəldikdə Məşərulharamda Allahın şəninə Sübhənallah, Lə iləhə illə Allah deyib və Allaha dua etməklə Onu yada salın! Sizə dini bilgiləri və həcc qaydalarını yönəltdiyinə görə Onu yad edin. Siz bundan öncə Onun şəriətindən qafil idiniz.