Surə 2 · Cüz 1
Al-Baqarah · 2:109
وَدَّ كَثِيرٌ مِنْ أَهْلِ الْكِتَابِ لَوْ يَرُدُّونَكُمْ مِنْ بَعْدِ إِيمَانِكُمْ كُفَّارًا حَسَدًا مِنْ عِنْدِ أَنْفُسِهِمْ مِنْ بَعْدِ مَا تَبَيَّنَ لَهُمُ الْحَقُّ ۖ فَاعْفُوا وَاصْفَحُوا حَتَّىٰ يَأْتِيَ اللَّهُ بِأَمْرِهِ ۗ إِنَّ اللَّهَ عَلَىٰ كُلِّ شَيْءٍ قَدِيرٌ
109. Kitab əhlindən bir çoxu həqiqət özlərinə bəlli olduqdan sonra, içlərindəki həsəd üzündən sizi, imanınızdan sonra kafirliyə qaytarmaq istərlər. Allah Öz əmrini verincəyə qədər onları əfv edin və onlardan vaz keçin! Həqiqətən, Allah hər şeyə qadirdir.
Təfsir
Yəhudi və nəsranilərdən bir çoxu peyğəbərin Allah tərəfindən gəldiyi həqiqət onlara bəlli olduqdan sonra belə, təbiətlərindəki paxıllıq üzündən sizi, iman gətirmiş olduğunuz halda, sizin yenidən bütlərə ibadət etmənizi istərlər. Ey Peyğəmbər, Allahın sizin barədə hökmü gəlincəyə qədər həmin şəxslərin etdikləri əməlləri əfv edin, onların cahil olduğlarına görə onları qınamayın. Artıq bu barədə Allahın əmri və hökmü gəldi. Belə ki, kafir ya İslamı qəbul etmək ya cizyə ödəmək ya da ki, döyüşmək arasında seçim etməlidir. Həqiqətən Allah hər bir şeyə qadirdir. Kafirlər isə Allahı aciz edə bilməzlər.