Surə 2 · Cüz 1

Al-Baqarah · 2:110

وَأَقِيمُوا الصَّلَاةَ وَآتُوا الزَّكَاةَ ۚ وَمَا تُقَدِّمُوا لِأَنْفُسِكُمْ مِنْ خَيْرٍ تَجِدُوهُ عِنْدَ اللَّهِ ۗ إِنَّ اللَّهَ بِمَا تَعْمَلُونَ بَصِيرٌ

110. Namaz qılın, zəkat ve­rin! Qa­baqcadan özünüz üçün nə xe­yir hazır­lasanız, onun əvə­zini Alla­h yanında tapa­caq­sanız. Şüb­hə­siz ki, Allah nə et­dik­lə­ri­ni­zi görür.

Təfsir

Namazın rükunlarını, vaciblərini və sünnələrini yerinə yetirərək tam şəkildə qılın. Malınızın zəkatını layiq olan insanlara verin! Ölməzdən əvvəl həyatda ikən, özünüzdən ötrü etdiyiniz hər bir yaxşı əməlin əvəzini qiyamət günü Allah yanında taparsınız. O gün Allah sizə etdiyiniz əməllərin müqabilini verəcəkdir. Həqiqətən, Allah nə etdiklərinizi görür və hər bir kəsi əməlinə görə mükafatlandıracaqdır!

Oxuyucuda aç - Surəni tam oxu