Surə 2 · Cüz 1

Al-Baqarah · 2:108

أَمْ تُرِيدُونَ أَنْ تَسْأَلُوا رَسُولَكُمْ كَمَا سُئِلَ مُوسَىٰ مِنْ قَبْلُ ۗ وَمَنْ يَتَبَدَّلِ الْكُفْرَ بِالْإِيمَانِ فَقَدْ ضَلَّ سَوَاءَ السَّبِيلِ

108. Yoxsa bundan əvvəl Mu­­sa­dan tələb edildiyi kimi siz də Pey­ğəm­bə­rinizdən tə­ləb etmək istəyir­si­niz?! İmanı küf­rə də­yişən kəs, əl­bəttə, doğ­ru yol­dan sapmışdır.

Təfsir

Ey möminlər, bundan əvvəl Musanın qövmü Musaya etiraz və inadkarliq edərək: "Allahı bizə açıq-aşkar göstər!" (ən-Nisa: 153) deyib sorğu-suala çəkildiyi kimi siz də Rəsulunuzu sorğu-suala çəkməyin. Bu, sizə yaraşmaz. Kim İmanı küfrə dəyişərsə orta yol olan "siratəl-mustəqim" yolundan azmışdır.

Oxuyucuda aç - Surəni tam oxu