Surə 17 · Cüz 15
Al-Isra · 17:96
قُلْ كَفَىٰ بِاللَّهِ شَهِيدًا بَيْنِي وَبَيْنَكُمْ ۚ إِنَّهُ كَانَ بِعِبَادِهِ خَبِيرًا بَصِيرًا
96. De: “Mənimlə sizin aranızda Allahın şahid olması yetər. Həqiqətən, O, qullarından Xəbərdardır, nə etdiklərini Görəndir”.
Təfsir
Ey Peyğəmbər! Onlara de: "Mənim sizə yalnız Allahın buyurduğu hökmləri təbliğ etdiyimə və sizə elçi olaraq göndərildiyimin doğruluğuna dair, mənimlə sizin aranızda Allahın şahid olması yetər. Həqiqətən, Allah, qullarının halından xəbərdardır, onların gizlində və aşkarda nələr etdikləri Ona gizli qalmaz. Allah onların qəlblərində bütün gizli qalan şeyləri görən və biləndir!".