Surə 17 · Cüz 15

Al-Isra · 17:97

وَمَنْ يَهْدِ اللَّهُ فَهُوَ الْمُهْتَدِ ۖ وَمَنْ يُضْلِلْ فَلَنْ تَجِدَ لَهُمْ أَوْلِيَاءَ مِنْ دُونِهِ ۖ وَنَحْشُرُهُمْ يَوْمَ الْقِيَامَةِ عَلَىٰ وُجُوهِهِمْ عُمْيًا وَبُكْمًا وَصُمًّا ۖ مَأْوَاهُمْ جَهَنَّمُ ۖ كُلَّمَا خَبَتْ زِدْنَاهُمْ سَعِيرًا

97. Allah kimi doğru yola yö­nəl­dir­sə, o, doğru yoldadır. Kimi az­dı­rırsa, on­lara Ondan başqa dost­lar tapa bil­məz­sən. Qiyamət gü­nü Biz onları kor, lal və kar olduqları halda üzü üstə bir yerə top­laya­ca­ğıq. On­ların gedəcəkləri yer Cə­hən­nəmdir. Onun alovu azal­dıqca onlar üçün alovu artıra­cağıq.

Təfsir

Allah kimi hidayət yoluna yö­nəl­dir­sə, o, haqq yoluna yönəlmiş olar. Ey Peyğəmbər! Allah kimi rəzil edib, hidayət yolundan az­dı­rırsa, on­ları haqqa yönəldən, şəri onlardan uzaqlaşdıran və onlara xeyir gətirən bir dost­ tapa bil­məz­sən. Qiyamət gü­nü Biz onları kor, lal və kar olduqları halda üzü üstə sürünərək məhşərə top­laya­ca­ğıq. On­ların sığınacaqları yer Cə­hən­nəmdir. Cəhənnəmin atəşi azal­dıqca onlar üçün atəşi daha da artıra­cağıq!

Oxuyucuda aç - Surəni tam oxu