Surə 17 · Cüz 15
Al-Isra · 17:95
قُلْ لَوْ كَانَ فِي الْأَرْضِ مَلَائِكَةٌ يَمْشُونَ مُطْمَئِنِّينَ لَنَزَّلْنَا عَلَيْهِمْ مِنَ السَّمَاءِ مَلَكًا رَسُولًا
95. De: “Əgər yer üzündə arxayın gəzib dolaşanlar mələklər olsaydı, əlbəttə, onlara göydən bir mələk elçi göndərərdik”.
Təfsir
Ey Peyğəmbər! Onlara cavab olaraq belə de: "Əgər yer üzündə yaşayanlar və orada sizin kimi arxayın gəzib dolaşanlar mələklər olsaydı, əlbəttə, Biz onlara öz cinslərindən olan bir mələk elçi göndərərdik. Çünki bu zaman yalnız mələk onlara göndərilən şeyi anlada bilərdi. Əgər yer üzündə mələklər olsaydı, onlara bəşərdən olan bir elçi göndərməyimiz də hikmətdən olmazdı. Sizində halınız belədir!"