Surə 17 · Cüz 15
Al-Isra · 17:69
أَمْ أَمِنْتُمْ أَنْ يُعِيدَكُمْ فِيهِ تَارَةً أُخْرَىٰ فَيُرْسِلَ عَلَيْكُمْ قَاصِفًا مِنَ الرِّيحِ فَيُغْرِقَكُمْ بِمَا كَفَرْتُمْ ۙ ثُمَّ لَا تَجِدُوا لَكُمْ عَلَيْنَا بِهِ تَبِيعًا
69. Yoxsa sizi bir daha dənizə qaytarıb üstünüzə qasırğa göndərməyəcəyinə və kafir olduğunuza görə dənizdə sizi batırmayacağına əminsiniz? Sonra buna görə Bizdən intiqam alan bir nəfər belə tapa bilməzsiniz.
Təfsir
Yoxsa Allahın sizi bir daha dənizə qaytarıb üstünüzə şiddətli külək göndərməyəcəyinə və sizi ilk dəfə fəlakətdən xilas etdikdən sonra Allahın nemətlərinə nankorluq etdiyinizə görə sizi dənizdə batırmayacağından əminsiniz? Sonra sizə yardım etmək üçün buna görə Bizdən intiqam almağı tələb edən bir nəfər belə tapa bilməzsiniz.