Surə 17 · Cüz 15
Al-Isra · 17:68
أَفَأَمِنْتُمْ أَنْ يَخْسِفَ بِكُمْ جَانِبَ الْبَرِّ أَوْ يُرْسِلَ عَلَيْكُمْ حَاصِبًا ثُمَّ لَا تَجِدُوا لَكُمْ وَكِيلًا
68. Allahın sizi quruda yerə batırmayacağına, yaxud üstünüzə daş-kəsəkli tufan göndərməyəcəyinə əminsinizmi? Sonra sizi qoruyan da tapa bilməzsiniz.
Təfsir
Ey Müşriklər! Yoxsa Allah sizi dənizdə batmaq təhlükəsindən xilas etdikdən sonra sizi quruda yerə batırmayacağına, yaxud da Lut qövmünə etdiyi kimi səmadan üstünüzə daş-kəsək yağdırmayacağına əminsiniz? Bundan sonra nə sizi bu fəlakətdən qoruyan tapılar, nə də ki, yardım edən bir yardımçı.