Surə 17 · Cüz 15
Al-Isra · 17:67
وَإِذَا مَسَّكُمُ الضُّرُّ فِي الْبَحْرِ ضَلَّ مَنْ تَدْعُونَ إِلَّا إِيَّاهُ ۖ فَلَمَّا نَجَّاكُمْ إِلَى الْبَرِّ أَعْرَضْتُمْ ۚ وَكَانَ الْإِنْسَانُ كَفُورًا
67. Sizə dənizdə bir fəlakət üz verdiyi zaman Ondan başqa tapındıqlarınız sizdən uzaqlaşar. O sizi xilas edib quruya çıxartdıqda isə üz döndərirsiniz. Həqiqətən, insan nankordur!
Təfsir
Ey Müşriklər! Dənizdə sizə bir fəlakət üz verib, batmaqdan qorxduğunuz zaman Allahdan başqa tapındığınız bütlər yadınızdan çıxar. Siz o vaxt ancaq Allahı xatırlayıb yalnız Ondan yardım diləyirsiniz. Uca Allah sizə yardım edərək, sizi suda batmaqdan xilas edib quruya çıxartdıqda isə siz, Allahın vəhdaniyyətini qəbul etməkdən, yalnız Ona dua və ibadət etməkdən üz döndərib yenidən bütlərə ibadət edirsiniz. Həqiqətən, insan Allahın nemətlərinə qarşı çox nankordur!