Surə 17 · Cüz 15
Al-Isra · 17:70
۞ وَلَقَدْ كَرَّمْنَا بَنِي آدَمَ وَحَمَلْنَاهُمْ فِي الْبَرِّ وَالْبَحْرِ وَرَزَقْنَاهُمْ مِنَ الطَّيِّبَاتِ وَفَضَّلْنَاهُمْ عَلَىٰ كَثِيرٍ مِمَّنْ خَلَقْنَا تَفْضِيلًا
70. Biz Adəm oğullarını hörmətli etdik, onları quruda və dənizdə minik üstündə daşıdıq, onlara pak ruzilər verdik və onları yaratdıqlarımızın çoxundan xeyli üstün elədik.
Təfsir
Biz Adəm züriyyətinə ağıl neməti verərək, mələkləri atalarına səcdə etdirərək və s. bu kimi başqa üstünlüklərlə hörmətli etdik, onları quruda daşıyacaq heyvanları, minikləri və dənizdə də gəmiləri onlar üçün ram etdik, onlara pak yeyəcək, içəcək, qadınlarla nikah bağlamaq və başqa bu kimi nemətlər bəxş etdik. Allahın onlara bəxş etdiyi nemətlərə şükür etmələri üçün, Biz onları yaratdıqlarımızın çoxundan üstün etdik.