Surə 17 · Cüz 15
Al-Isra · 17:58
وَإِنْ مِنْ قَرْيَةٍ إِلَّا نَحْنُ مُهْلِكُوهَا قَبْلَ يَوْمِ الْقِيَامَةِ أَوْ مُعَذِّبُوهَا عَذَابًا شَدِيدًا ۚ كَانَ ذَٰلِكَ فِي الْكِتَابِ مَسْطُورًا
58. Elə bir məmləkət yoxdur ki, Qiyamət günündən əvvəl Biz onu məhv etməyək və ya onu şiddətli əzaba düçar etməyək. Bu, Kitabda yazılmışdır.
Təfsir
Allaha küfr edən hər bir məmləkətə, şəhərə və kəndə, etdikləri küfrə görə elə dünya həyatında ikən əzab göndərib, məhv edərik, yaxud da etdikləri küfrə görə onları öldürmək kimi şiddətli bir cəzaya mübtəla edərik. Onları məhv edib, öldürülməsi əvvəlcədən lövhi-məhfuzda yazılıb, təqdir edilmiş ilahi bir hökmdür.