Surə 17 · Cüz 15
Al-Isra · 17:57
أُولَٰئِكَ الَّذِينَ يَدْعُونَ يَبْتَغُونَ إِلَىٰ رَبِّهِمُ الْوَسِيلَةَ أَيُّهُمْ أَقْرَبُ وَيَرْجُونَ رَحْمَتَهُ وَيَخَافُونَ عَذَابَهُ ۚ إِنَّ عَذَابَ رَبِّكَ كَانَ مَحْذُورًا
57. Onların yalvardıqları məbudların özləri də Rəbbinə – hansı daha yaxın olacaq deyə vəsilə axtarırlar, Onun rəhmətini umurlar, əzabından qorxurlar. Həqiqətən, Rəbbinin əzabından qorunmaq gərəkdir.
Təfsir
Onların yalvarıb-yaxardıqları mələklərdən və başqalarından olan məbudları, özləri saleh əməl edərək Allaha yaxınlaşmaq üçün can atır, Allahın sevdiyi əməllər etməkdə bir-biriləri ilə yarışır, Allahın özlərinə mərhəmət etməsini ümüd edib və Onun əzabından qorxurlar. Ey Peyğəmbər! Həqiqətən, Rəbbinin əzabından çəkinmək gərəkdir!