Surə 17 · Cüz 15
Al-Isra · 17:59
وَمَا مَنَعَنَا أَنْ نُرْسِلَ بِالْآيَاتِ إِلَّا أَنْ كَذَّبَ بِهَا الْأَوَّلُونَ ۚ وَآتَيْنَا ثَمُودَ النَّاقَةَ مُبْصِرَةً فَظَلَمُوا بِهَا ۚ وَمَا نُرْسِلُ بِالْآيَاتِ إِلَّا تَخْوِيفًا
59. Bizim möcüzələr göndərməkdən vaz keçməyimizə səbəb ancaq əvvəlkilərin onları yalan hesab etmələri idi. Səmud tayfasına açıq-aydın möcüzə kimi bir dişi dəvə verdik, lakin onlar ona zülm etdilər. Biz möcüzələri yalnız qorxutmaq üçün göndəririk.
Təfsir
Müşriklərin, peyğəmbərlərdən onların doğruluğuna dəlalət edən ölüləri diriltmək kimi tələb etdikləri mövcüzələri nazil etməməmizin səbəbi, əvvəlki ümmətlərin onlara göndərdiyimiz mövcüzələri yalan saymaları idi. Biz Səmud qövmünə açıq-aydın möcüzə kimi bir dişi dəvə verdik, lakin onlar yenədə buna inanmayıb, küfür etdilər. Biz də, dərhal onlara əzab göndərdik. Biz möcüzələri rəsulların vasitəsi ilə yalnız ümmətləri qorxutmaq üçün göndəririk ki, bəlkə onlar iman edib, müsəlman olsunlar.