Surə 17 · Cüz 15

Al-Isra · 17:1

سُبْحَانَ الَّذِي أَسْرَىٰ بِعَبْدِهِ لَيْلًا مِنَ الْمَسْجِدِ الْحَرَامِ إِلَى الْمَسْجِدِ الْأَقْصَى الَّذِي بَارَكْنَا حَوْلَهُ لِنُرِيَهُ مِنْ آيَاتِنَا ۚ إِنَّهُ هُوَ السَّمِيعُ الْبَصِيرُ

1. Dəlillərimizdən bəzisini Pey­ğəmbə­rə göstərmək üçün Öz qu­lu­nu gecə vax­tı Məscidul­ha­ram­dan ətrafına xe­yir-bərə­kət ver­di­yi­miz Məsci­dul­əq­saya apa­ran Allah pak və müqəddəsdir. Hə­qiqə­tən, O, Eşidəndir, Gö­rən­dir.

Təfsir

Uca Allah, Özündən başqa heç kimsənin gücü yetmədiyi şeylərə gücü yetdiyindən dolayı bütün eyib və nöqsanlardan pak və ucadır. Qadir olduğumuz ayələrimizin bəzisini göstərmək üçün Öz qu­lu­ Muhammədi (sallallahu aleyhi və səlləm) gecənin bir vax­tında ruhi və cəsədi ilə yuxuda deyil, əksinə o, ayığ ikən Məscidul­ha­ram­dan ətrafına meyvələr, əkinlər və Peyğəmbərlərin - səllallahu aleyhi və səlləm - orada yerləşməsi ilə xe­yir - bərə­kət ver­di­yi­miz Məsci­dul­əq­saya apa­ran yalnız pak olan Allahdır. Hə­qiqə­tən, Allah hər şeyi eşidəndir, Ona heç bir şey gizli qalmaz və hər şeyi gö­rən­dir və heç bir şey Onun gözündən qaçmaz!

Oxuyucuda aç - Surəni tam oxu