Surə 17 · Cüz 15
Al-Isra · 17:2
وَآتَيْنَا مُوسَى الْكِتَابَ وَجَعَلْنَاهُ هُدًى لِبَنِي إِسْرَائِيلَ أَلَّا تَتَّخِذُوا مِنْ دُونِي وَكِيلًا
2. Biz Musaya Kitab verdik və İsrail oğullarına: “Məndən başqasını özünüzə himayədar götürməyin!”– deyə o Kitabı doğru yol göstəricisi etdik.
Təfsir
Biz Musaya - aleyhissəlam - Tövrat verdik və onu İsrail oğullarına doğru yol göstəricisi etdik. Biz İsrail oğullarına belə dedik: "İşlərinizi başqasına həvalə edərək Məndən qeyrisini özünüzə himayədar qəbul etməyin, əksinə, bütün işlərinizi Mənə həvalə edin!"