Surə 16 · Cüz 14
An-Nahl · 16:128
إِنَّ اللَّهَ مَعَ الَّذِينَ اتَّقَوْا وَالَّذِينَ هُمْ مُحْسِنُونَ
128. Həqiqətən də, Allah Ondan qorxanlar və yaxşı işlər görənlərlədir.
Təfsir
Həqiqətən də Uca Allah, günahları tərk edərək Ondan qorxanlarla, itaət əməllər edərək yaxşı işlər görənlərlə və Onun əmrlərini yerinə yetirənlərlə Öz yardımı və dəstəyi ilə birgədir.