Surə 16 · Cüz 14

An-Nahl · 16:92

وَلَا تَكُونُوا كَالَّتِي نَقَضَتْ غَزْلَهَا مِنْ بَعْدِ قُوَّةٍ أَنْكَاثًا تَتَّخِذُونَ أَيْمَانَكُمْ دَخَلًا بَيْنَكُمْ أَنْ تَكُونَ أُمَّةٌ هِيَ أَرْبَىٰ مِنْ أُمَّةٍ ۚ إِنَّمَا يَبْلُوكُمُ اللَّهُ بِهِ ۚ وَلَيُبَيِّنَنَّ لَكُمْ يَوْمَ الْقِيَامَةِ مَا كُنْتُمْ فِيهِ تَخْتَلِفُونَ

92. İpliyini möhkəm əyir­dik­­dən sonra onu açıb sökən qa­dın ki­mi olmayın. Bir camaat di­gər bir camaatdan sayca və ma­lca daha çox olduğu üçün andları­nı­zı aranızda hiylə vasitəsinə çevirir­siniz. Allah bununla sizi sınayır. O, ixtilafda olduğunuz şeyləri Qiyamət günü sizə müt­ləq bildi­rəcəkdir.

Təfsir

İpliyini, yununu möhkəm əyir­dik­­dən sonra onu açıb sökərək, əvvəlki halına gətirməkdə yorulan axmaq bir qa­dın ki­mi, verdiyiniz əhdləri pozaraq yüngül ağıllı, səfeh kimsələr kimi olmayın. Bu qadın ipini, yununu əyirmək də və onu açıb sökmək də yorulub əldən düşsə də, sonda istədiyinə nail ola bilmədi. Camaatınızın, düşmən camaatından sayca və ma­lca daha çox olması üçün andları­nı­zı aranızda hiylə vasitəsinə çevirir­siniz. Şübhəsiz ki, Allah bununla, verdiyiniz vədlərə vəfalı olmanız üçün sizləri sınağa çəkir. Görsün görək siz verdiyiniz vədlərə sadiq olacaqsınız, yoxsa onları pozacaqsınız? Allah qiyamət günü, dünyada ikən ixtilafda olduğunuz şeyləri açıqlayacaq, kimin haqqlı, kimin haqqsız, kimin sadıq və kimin də yalançı olduğunu bəyan edəcəkir.

Oxuyucuda aç - Surəni tam oxu