Surə 16 · Cüz 14

An-Nahl · 16:91

وَأَوْفُوا بِعَهْدِ اللَّهِ إِذَا عَاهَدْتُمْ وَلَا تَنْقُضُوا الْأَيْمَانَ بَعْدَ تَوْكِيدِهَا وَقَدْ جَعَلْتُمُ اللَّهَ عَلَيْكُمْ كَفِيلًا ۚ إِنَّ اللَّهَ يَعْلَمُ مَا تَفْعَلُونَ

91. Allahla bağladığınız əh­də sadiq olun; möhkəm and iç­dik­dən sonra and­larınızı poz­ma­yın. Çünki siz Allahı özü­nü­zə zamin etmi­siniz. Şübhəsiz ki, Allah sizin nələr etdiyinizi bilir.

Təfsir

Allaha və insanlara verdiyiniz bütün vədlərə sadiq olun, Allah adına möhkəm and iç­dik­dən sonra and­larınızı əsla poz­ma­yın. Çünki siz verdiyiniz sözə vəfalı olacağınıza dair Allahı özü­nü­zə şahid etmi­siniz. Şübhəsiz ki, Allah sizin etdiyinizi hər bir şeyi bilir. Bunların heç biri Ona gizli qalmaz. O, etdiyiniz əməllərin qarşılığını verəcəkdir.

Oxuyucuda aç - Surəni tam oxu